Türkiyənin ilk kitab qəhramanı Şakrakın şousu Tuzlada keçiriləcək

Türkiyənin ilk kitab qəhramanı Şakrakın şousu Tuzlada keçiriləcək

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsorluğunu üstləndiyi Türkiyənin ilk və yeganə kitab qəhrəmanı “Şakrak”-ın interaktiv oyun şousu dekabr ayının 4 də Tuzlada keçiriləcək.

Diqqət və yaddaş oyunlarından komanda oyunlarına, tapmacalara qədər bir çox öyrədici oyunların yer aldığı şouda Şakrakın yeddinci elm və texnologiya kitabı hədiyyə olaraq paylanacaq.

Məlumat üçün qeyd edək ki, Şakrakın yazarı və prodüseri Ayşe Gül Kara Zorlunun hazırlayıb təqdim etdiyi “Şakrakla Tuzlada Oyuna Var Mısın?”şousu 04 dekabr bazar günü saat 11.00-da Tuzla Şifa Mədəniyyət Mərkəzində baş tutacaq.

Qeyd edək ki, TurkicWorld ilə Türkiyəli yazar "Şakrak" personajının ssenari müəllifi Ayşe Gül kara Zorlu arasında rəsmi media tərəfdaşlığı 2022-ci ilin noyabr ayının 5-də imzalanıb.