SAHA EXPO 2022 sərgisinə 57 ölkədən müdafiə sənayesi üzrə şirkətlər qatılacaq

SAHA EXPO 2022 sərgisinə 57 ölkədən müdafiə sənayesi üzrə şirkətlər qatılacaq

Bakı. TurkicWorld:

SAHA EXPO 2022 sərgisi 25-28 oktyabr tarixlərində İstanbulda keçiriləcək. TurkicWorld-un məlumatına görə, Türkiyə Prezidentliyinin himayəsində keçiriləcək olan SAHA İstanbulda Türkiyə Müdafiə Sənayesinin ən yeni məhsulları nümayiş etdiriləcək.

Türkiyənin Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Sənaye və Texnologiya Nazirliyi, Ticarət Nazirliyi və Müdafiə Sənayesi Başçılığı ilə yanaşı SAHA EXPO 2022 sərgisi 207 sponsor tərəfindən dəstəklənir

SAHA EXPO ilə bağlı açıqlamalar verən SAHA İstanbul baş katibi İlhami Keleş sərgiyə xaricdən çox sıx iştirakın olacağını ifadə edib.

"Bu sərgidə 57 ölkə iştirak edəcək. Bu ölkələrdən 11-i nazirlər səviyyəsində bir ölkə isə baş nazir səviyyəsində təmsil olunacaq.”- deyə Keleş əlavə edib.

Qeyd edək ki, SAHA EXPO-da 567 Türk şirkətləri ilə yanaşı 390 xarici şirkət iştirak edəcək.

Məlumat üçün bildirək ki, sərgidə əsasən Türkiyə Müdafiyə Sənayesinin üzərində çalıştığı insansız dəniz aparatları nümayiş etdiriləcək.