BAKI. TurkicWorld:
Türkiyənin Kahramanmaraş şəhərinin Afşin rayonunun Çolaqan kənd məktəbində Birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun adına kitabxana açılıb.
Turkicüorld-un xəbərinə görə, bu təşəbbüs “Kitabxanasız məktəb olmaz” layihəsi çərçivəsində İnsan Hüquqları və Təhsil Həmrəyliyi Assosiasiyası tərəfindən həyata keçirilib.
Açılışda iştirak edən dərnək sədri Mehseti Özyürek layihənin davamlı olacağının vurğulayıb.
O qeyd edib ki, layihəni Türkiyənin bütün kəndlərində həyata keçirməyi planlaşdırırlar.
“Layihənin məqsədi kənd yerlərindəki məktəbləri kitabxanalarla təmin etməkdir. Layihənin davamı olaraq Azərbaycanın kənd məktəblərində türk şəhidlərinin adına kitabxana açılacaq.'' – deyə o əlavə edib.
Açılış zamanı Azərbaycan və Türkiyə şəhidləri adından şagirdlərə məktəb ləvazimatları verilib.