Türkiyə Türkiye Kültür Yolu Festivali Sur Kültür Yolu Diyarbakır

'Türkiye Kültür Yolu Festivali' türk tarixi və mədəniyyətini tanıtmaq üçün önəmli fürsətdir (ÖZƏL) - Diyarbakır (2-ci hissə)

Bakı. TurkicWorld:

Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Türkiye Kültür Yolu Festivali” layihəsi çərçivəsində ölkənin tarixi bölgələrini, incəsənətini, qastronomiya və s. insanlara tanıtmaq məqsədi ilə silsilə təbirlər keçirilir.

TurkicWorld xəbər verir ki, dünyanın ən geniş mədəniyyət və sənət layihələrindən biri sayılan “Türkiye Kültür Yolu Festivali” ölkənin beş fərqli şəhərində (İstanbul, Ankara, Çanakkale, Diyarbakır və Konya) keçirilir. Festivalın əsas məqsədi Türkiyənin mədəni dəyərlərini memarlıq, tarix, mədəniyyət və incəsənətini insanlara tanıtmaqdır.

Bu festivala bir sıra ölkələrdən, o cümlədən Türkdilli Dövlətlərdən jurnalistlər, video-blogerlər, nüfuzlu media agentliklərin nümayəndələri də qatılıb. TurkicWorld-un da müxbir Dəspinə Həsənova tərəfindən təmsil olunduğu bu festival çərçivəsində, əsasən Diyarbakır və İstanbul şəhərlərində yerləşən bir sıra sərgilər, tarixi məkanlar, muzeylər, habelə bu şəhərlərin geyim mədəniyyətinin tarixçəsi və mətbəxi ilə jurnalistlər yaxından tanış olub.

İlk öncə Festival çərçivəsində nümayəndələrə "Sur Kültür Yolu" ilə Diyarbakır şəhərinin mədəniyyəti və tarixi təqdim edilib.

Hevsel Bağçaları

“Hevsel Bahçeleri” Dəclə çayı ilə Diyarbakır divarları arasında uzanan təxminən 10 min hektarlıq münbit torpaqdır. Səkkiz min illik tarixi ilə dünyanın ən qədim bağlarından biri hesab edilən “Hevsel Bahçeleri” bu gün də Türkiyənin kənd təsərrüfatı sahəsində istifadə olunan münbit nadir bağlarından biridir.

2015-ci ildə Almaniyanın Bonn şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 39-cu Dövr Yığıncağında "Diyarbəkir Divarları və Hevsel Bağları Mədəni Peyzaj Bölgəsi" UNESCO-nun Dünya İrs Siyahısına daxil edilərək mədəni və tarixi cəhətdən unikal quruluşu ilə dünyəvi dəyəri kimi qeydə alınıb.

Dəclə çayı

Dəclə Türkiyədən başlayan, İraq ərazisindən keçərək, oradan Fərat çayı ilə birləşib, Şatt əl-Ərəbdə Fars körfəzinə tökülən çaydır.

Çay əsas mənbəyini Şərqi Anadolu Bölgəsi dağlarından və bu dağların dibindən süzülərək Elazığdakı Hazar (Gölcük) gölündən alır. Türkiyənin əhəmiyyətli çaylarından biri sayılır. Onun ümumi uzunluğu 1900 km-dir, Türkiyə ərazisindən keçən hissəsinin uzunluğu isə 523 km-dir.

On Gözlü Körpü

Dəclə körpüsü Diyarbəkirin Sur rayonunda Dəclə çayı üzərində yerləşən tarixi körpüdür. On aşırımlı olduğu üçün ‘On Gözlü Körpü’ kimi tanınır.

Qismən və ya tamamilə dağıldığı və bir neçə dəfə yenidən inşa edildiyi düşünülən körpünün inşa ili kimi tanınan ən yaxın və dəqiq tarixi körpünün üzərindəki kitabədə qeyd edilən 1065-ci Mərvanilər dövrüdür.

Sezai Karakoç adına Mədəniyyət və Kongress Mərkəzi

Sur Kültür Yolu Festivali çərçivəsində Diyarbakırın Sezai Karakoç adına Mədəniyyət və Kongress Mərkəzində və şəhərin əsas meydanında da bir çox konsertlər, teatrlar və seminarlar keçirilir.

Məlumat üçün bildirək ki, Sezai Karakoç 1933-cü ildə Diyarbakır şəhərində dünyaya gəlib.

Türkiyənin önəmli şairlərindən biri olaraq hesab edilən Karakoç, sayısız şeirləri, piyesləri, yazıları və s. ilə Türk ədəbiyyatına töhvə verib.

Diyarbakır Sezai Koç Mədəniyyət və Konqres Mərkəzində Prezident Simfonik Orkestrinin konserti

Prezident Simfonik Orkestrı

Prezident Simfonik Orkestrı, Türkiyədə polifonik musiqinin populyarlaşdırılması və türk bəstəkarlarının əsərlərinin xaricdə ifa edilməsi məqsədi ilə Ankarada yerləşən simfonik orkestrdir. Yarandığı gündən bəri fəaliyyətini fasiləsiz davam etdirən dünyanın ən qədim orkestrlərindən biridir.

Mövzuya görə xəbərlər