Türkiyə Türkiye Kültür Yolu Festivali Sur Kültür Yolu Diyarbakır

Türkiye kültür yolu festivali türk tarixi və mədəniyyətini tanıtmaq üçün önəmli fürsət oldu - Diyarbakır (1-ci hissə)

Bakı. TurkicWorld:

Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Türkiye Kültür Yolu Festivali” layihəsi çərçivəsində ölkənin tarixi bölgələrini, incəsənətini, qastronomiya və s. insanlara tanıtmaq məqsədi ilə silsilə təbirlər keçirilir.

TurkicWorld xəbər verir ki, dünyanın ən geniş mədəniyyət və sənət layihələrindən biri sayılan “Türkiye Kültür Yolu Festivali” ölkənin beş fərqli şəhərində (İstanbul, Ankara, Çanakkale, Diyarbakır və Konya) keçirilir. Festivalın əsas məqsədi Türkiyənin mədəni dəyərlərini memarlıq, tarix, mədəniyyət və incəsənətini insanlara tanıtmaqdır.

Bu festivala bir sıra ölkələrdən, o cümlədən Türkdilli Dövlətlərdən jurnalistlər, video-blogerlər, nüfuzlu media agentliklərin nümayəndələri də qatılıb. TurkicWorld-un da təmsil olunduğu bu festival çərçivəsində, əsasən Diyarbakır və İstanbul şəhərlərində yerləşən bir sıra sərgilər, tarixi məkanlar, muzeylər, habelə bu şəhərlərin geyim mədəniyyətinin tarixçəsi və mətbəxi ilə jurnalistlər yaxından tanış olub.

İlk öncə Festival çərçivəsində nümayəndələrə Diyarbakır şəhərinin mədəniyyəti və tarixi təqdim edilib.

Diyarbakır Qalası

Nazirlik tərəfindən təşkil edilən “Sur Kültür Yolu Festivali”-nin adını aldığı Diyarbakır qalası və ya Diyarbakır qala divarları, Diyarbakırın Sur ilçəsində yerləşən, daxili qala (İç Kale) və xarici qala (Dış Kale) olmaqla iki hissədən ibarət tarixi abidədir. Qalanın İç Kale olan hissəsində yerləşən muzeylərdə hal hazırda festival çərçivəsində bir çox sərgilər keçirilir.

Təxminən doqquz min ilə yaxın yaşı olan qala divarları Böyük Çin Səddindən sonra dünyanın ən uzun, ən geniş və ən möhkəm qala divarları hesab edilir. Divarlar 2015-ci ildə UNESCO tərəfindən “Dünya Mədəni İrsi” kimi qeydə alınıb.

Müqəddəs Georgi kilsəsi

Diyarbakırdakı tarixi İçkaledə eramızın 4-cü əsrində Romalılar tərəfindən inşa edilən və bu gün sənət qalereyası olaraq istifadə edilən 1600 illik Müqəddəs Georgi kilsəsində məşhur Türkiyəli mediya sənətçisi Refik Anadolunun “Rönesans Rüyaları” adlı dijital işi sərgilənir.

Qeyd edək ki, bu günə qədər bir çox mükafatlara layiq görülmüş əsərlər ərsəyə gətirən sənətçi memarlıq və media sənəti məlumat elmini süni intellektlə bir araya gətirən əsərlər istehsal edir.

Məlumat üçün bildirək ki, kilisədə eyni zamanda “11. Resim Yarışması” çərçivəsində rəsm əsərləri də sərgilənir.

Diyarbakır Arxeologiya Muzeyi

Diyarbakır Arxeologiya Muzeyində bölgədə aparılan qazıntılar, alqı-satqı və müsadirə nəticəsində tapılan Erkən və Orta əsrlər, Neolit, Kalkolit, Köhnə Tunc, Dəmir dövrü, Urartu, Assur, Ellinistik, Roma, Parfiya, Bizans, Səlcuqlu, Akqoyunlu, Əyyubi, Abbasi, Əməvi, Sasani, Osmanlı dövrlərinə aid 35 min 563 əsər sərgilənir.

Ulu Camii

Ulu Cami cənub-şərqi Anadolunun ən qədim məscididir. Üzərində müxtəlif dövrlərə aid yazılar olan abidə 639-cu ilə qədər kilsə kimi fəaliyyət göstərib. Zaman keçdikcə ərəblər tərəfindən məscidə çevrilib.

Diyarbakır Uleması ve Əsərləri

Türk Əlyazmalar Qurumunun kolleksiya sahəsindən seçilmiş əsərlərdən ibarət “Diyarbakır Uleması ve Əsərləri” sərgisi Diyarbakır Ziya Gökalp Əlyazma Kitabxanası binasında keçirilir. Diyarbakırlı rəssamların, din xadimləri və müəlliflərin əsərlərindən seçmələrin yer aldığı sərgidə Diyarbəkirdəki elmi həyatı və mətbuat həyatını əks etdirən nümunələr sərgilənir. Tədbir Diyarbəkirlilərin yaşadıqları şəhərin tarixi, bədii, dini və elmi keçmişi ilə qurduğu əlaqələrin gücünü göstərmək məqsədi daşıyır.

İtalyan Rəssamlar

Festival çərçivəsində Dosso Dossi Holdinq İdarə Heyətinin sədri Hikmət Eraslanın "İtalyan Ressamlar" kolleksiyasındakı orijinal rəsmlərdən və dünya şöhrətli rəssam İsmail Acarın rəsmlərindən ibarət sərginin də təqdimatı olub. Ümumilikdə 40 əsərin yer aldığı sərgidə müxtəlif dövrlərdə və texnikada hazırlanmış qarışıq əsərlər yer alıb.

Mövzuya görə xəbərlər