Türkiyənin Milli Müdafiə Nazirliyi yeni milli dəniz topunun görüntülərini paylaşıb

Türkiyənin Milli Müdafiə Nazirliyi yeni milli dəniz topunun görüntülərini paylaşıb

Bakı. TurkicWorld:

Türkiyənin Milli Müdafiə Nazirliyi İstanbul Gəmiqayırma Zavodu Komandanlığı və Maşın və Kimya Sənayesi (MKE A.Ş) ilə birlikdə hazırlanmış Türkiyənin yeni milli dəniz topunun görüntülərini paylaşıb. TurkicWorld-un məlumatına görə, milli dəniz topu hava hücumundan müdafiə, yerüstü döyüş və qurudan bombardmanda istifadə ediləcək.

Qeyd edək ki, dəqiqədə 80 mərmi atma imkanına sahib olan top standar mərmilərlə 16 kilometrlikdəki, xüsusi mərmilərlə isə 20 kilometrlikdəki hədəfi nişan ala bilir.

Əlavə olaraq bildirək ki, qalan test proseslərini müvəffəqiyyətlə tamamladıqdan sonra milli dəniz topuTürkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcək.