Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən 27 Sentyabr Anım Günü ilə əlaqədar proqram təşkil olunub

Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən 27 Sentyabr Anım Günü ilə əlaqədar proqram təşkil olunub

Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən 27 Sentyabr - Anım Günü ilə əlaqədar Ankara şəhərində anma proqramı təşkil olunub.

TurkicWorld-un məlumatına görə, 700 nəfərin iştirak etdiyi tədbir Türkiyə PrezidentAdministrasiyasının Simfonik Orkestrinin tarixi binasında“Qarabağ Azərbaycandır!” şüarı ilə keçirilib.

Mərasim Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fədaedən qəhrəman şəhidlərimizin əziz xatirəsinə hörmət əlamətiolaraq bir dəqiqəlik sükutla başlayıb. Daha sonra Azərbaycan vəTürkiyənin dövlət himnləri səsləndirilib.

Şəhidlərimizin ruhuna dualar oxunub.

Azərbaycanın qəhrəmanlıq tarixini, işğalçı Ermənistana qarşıxalqımızın birləşərək mübarizə aparmasını, AzərbaycanOrdusunun qəhrəman əsgərlərinin şücaətini əks etdirən video nümayiş olunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilərəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətənmüharibəsində qazandığı parlaq qələbədən danışanAzərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışındaErmənistanın 30 ilə yaxın davam edən işğal siyasəti nəticəsindəAzərbaycana vurulmuş zərərdən, 1 milyona yaxın soydaşımızınməcburi köçkün olmasından danışıb. Səfir qeyd edib ki, bütünbunlara baxmayaraq, Azərbaycan heç bir zaman qələbə əzminiitirmədi və Ermənistanın növbəti provokasiyasına cavab olaraq27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük Vətənmüharibəsi nəticəsində torpaqlarını işğaldan azad etdi.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədriŞamil Ayrım çıxışında Ermənistanın işğal dövründə Azərbaycantorpaqlarındakı dağıdıcı fəaliyyətlərindən bəhs edib. O xüsusiləvurğuladı ki, Türkiyə hər zaman olduğu kimi Azərbaycanınyanında olmağa davam edəcək.

Atası ilə, onun keçdiyi şərəfli döyüş yolu ilə qürur duyduğunuifadə edən Vətən müharibəsi şəhidi İlqar Vəlizadənin oğlu FuadVəlizadə bildirib ki, Qarabağ işğaldan azad olunduğu üçün bugün bütün şəhidlərimizin ruhu şaddır.

Vətən müharibəsi qazisi İlkin Rüstəmli bildirib ki, möhtəşəmZəfərimizdən danışmaq qürurvericidir. Qazi bundan sonra daVətən uğrunda döyüşməyə hazır olduğunu bildirib.

Polkovnik Erhan Altunok iştirakçılar qarşısında çıxış edərəkşəhidlərin qəhrəmanlığının mənəvi önəmini xüsusi qeyd edib.

27 Sentyabr - Anım Günündə göstərdikləri həmrəyliyə görə, iştirakçılara səmimi minnətdarlığını ifadə edən AzərbaycanınTürkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədovəminliklə bildirib ki, məhz şəhid və qazilərimizin rəşadətisayəsində doğma vətənimizin adı hər zaman zirvələrdəolacaqdır.

Tədbir çərçivəsində Azərbaycan Ordusunun igidliyini tərənnümedən fotoşəkillərdən ibarət sərgi təşkil olunub.

Anım mərasimi şəhidlərin əziz xatirəsinə həsr olunmuş bədiiproqramla yekunlaşıb.

Tədbir Türkiyənin aparıcı media qurumları tərəfindən genişişıqlandırılıb.