
Türkiyənin taxıl böhranındakı rolu dünyaya rahatlıq gətirdi. Taxılın qiyməti 2008-ci ildən bəri ilk dəfə təxminən doqquz faiz ucuzlaşıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Hazırda biz gübrə ixracı qarşısındakı maneələri aradan qaldırmaq üçün İstanbuldakı Koordinasiya Mərkəzində BMT ilə birgə çalışırıq", - deyə nazir bildirib.
M.Çavuşoğlu əlavə edib ki, bu məsələnin həlli üçün bəzi yollar tapılıb:
"Həmin Rusiya məhsulu sanksiya siyahısına daxil olmadığı üçün biz sığorta məsələləri, xidmətlər və xüsusilə ödənişlə bağlı tərəddüdləri aradan qaldırmağa çalışırıq".