Son dəqiqə

Si Cinpin Qazaxıstan Çin Kasım-Jomart Tokayev Qazaxıstan- Çin əlaqələri

Qazaxıstan prezidenti Çinə səfər edəcək

BAKI, TurkicWorld, Zeynəb Babayeva

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 30-dan sentyabrın 3-dək Çin Xalq Respublikasına səfər edəcək.

TurkicWorld xəbər verir ki, səfər Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə baş tutacaq.

Səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacağı, burada Qazaxıstan-Çin hərtərəfli və əbədi strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi perspektivləri nəzərdən keçiriləcəyi bildirilib.

Qazaxıstan prezidenti avqustun 31-dən sentyabrın 1-dək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və Tyantszin şəhərində keçiriləcək “ŞƏT Plus” toplantısında iştirak edəcək. Sentyabrın 2-də Pekində Qasım-Jomart Tokayev “Qazaxıstan-Çin” İşgüzar Şurasının iclasında çıxış edəcəyi və aparıcı Çin şirkətlərinin rəhbərləri ilə görüşlər keçirəcəyi də qeyd edilir.

Qeyd edək ki, Tokayev sentyabrın 3-də İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə fəxri qonaq qismində iştirak edəcək.

Mövzuya görə xəbərlər