Bakı,TurkicWorld
Qırğızıstan Respublikası Ali Sovetinin Beynəlxalq işlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədri Ulan Primov Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq Əlaqələr Komissiyasının sədri Fuat Oktay ilə görüşüb.
TurkicWorld xəbər verir ki, Parlamentdən verilən məlumata görə, görüşdə Qırğızıstan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib.
Görüş zamanı səhiyyə və təhsil sahələrində əməkdaşlığın inkişafı, eləcə də iki ölkə vətəndaşlarının Qırğızıstan və Türkiyə ərazisində qalmaları, iş adamları arasında dialoqun artırılması məsələləri müzakirə edilib.
Sonda tərəflər Qırğızıstan-Türkiyə əməkdaşlığının daha da inkişaf edəcəyinə ümid etdiyini bildiriblər.