Son dəqiqə

Türk dövlətləri

Türk dünyasının ortaq marşı yaradılacaq

Bakı,TurkicWorld

Ortaq əlifbadan sonra türk dövlətləri arasında ortaq marş və ortaq bədii lüğət də yaradılacaq.

TurkicWorld xəbər verir ki, araşdırmaya rəhbərlik edən Prof. Dr. Erhan Özden milli-mənəvi dəyərləri gücləndirən və hər kəs üçün ortaq olan sözlərlə yaradılacaq marşın tezliklə, lüğətin isə bir neçə il ərzində həyata keçiriləcəyini bildirib.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ortaq əlifbanın tətbiqindən sonra ortaq marş və ortaq bədii lüğət layihələri üzərində işlərə başlanılıb.

Türk dünyasında hər ölkənin öz kimliyini əks etdirən öz milli marşı var. Birgə marşda türk millətinin keçmişdən ilham alan bənzərsiz quruluşu, söz və melodiya ilə izah ediləcək.

Ortaq himn və ortaq lüğət haqqında məlumat verən Erhan Özden, insanları ruhlandıracaq bir himn hazırlayacaqlarını və türk dövlətlərinin üzvü olan insanların anlayacağı dildə yazılacağını bildirib.

Başqa sözlə desək, milli-mənəvi hisslərimizi gücləndirəcək, musiqinin birləşdirici gücünü üzə çıxaracaq ümumi marşdır.

Prof. Dr. Özden sözlük işinin bir neçə il ərzində, marşın isə bundan daha qısa müddətdə tamamlanmasını gözlədiklərini söyləyib. Marşı qurulacaq komitənin ortaq rəylərinə uyğun olaraq müəyyən ediləcək bir bəstəkarın bəstələyəcəyini ifadə edilib.

Mövzuya görə xəbərlər