Son dəqiqə

Azərbaycan Türk dünyası Bakı Türk dövlətləri Türk Dövlətləri Təşkilatı (TDT) TDT diplomatik münasibətlər

TDT media və informasiya üzrə məsul nazirlərinin toplantısının yekunlarına dair Kommünike qəbul olunub

BAKI,TurkicWorld

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının yekunlarına dair Kommünike qəbul olunub.

TurkicWorld xəbər verir ki, toplantıda TDT-nin Baş katibinin müavini Ömər Kocaman, Azərbaycan Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Türkiyənin Kommunikasiya İdarəsinin sədr müavini Fərhad Pirinçi, Özbəkistanın Prezident Administrasiyası yanında KİV üçün Kontent İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov və Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu çıxış edib.

Mövzuya görə xəbərlər