Bakı, TurkicWorld
Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvə Toplantısında dövlət və hökumət başçılarına xatirə sikkələri təqdim edib.
TurkicWorld xəbər verir ki, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, KKTC, Macarıstan, Qırğızıstan və Azərbaycanın bayraqlarının əks olunduğu xatirə sikkəsində “dildə, fikirdə və işdə birlik” ifadəsi yer alıb.
Xatirə sikkəsinin bir tərəfində Türk Dövlətləri Təşkilatının bayrağı və adı və yaranma tarixi, 3 oktyabr 2009-cu il yazılıb.
Xatirə sikkələri sammitdə iştirak edən liderlərə, Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi səfir Kubaniçbek Ömurəliyevə və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının (TDT) sədri Binəli Yıldırıma təqdim edilib.