Bakı,TurkicWorld
2024-cü ilin əvvəlindən Türkmənistandan Özbəkistana 1,6 milyard kubmetr təbii qaz ixrac edilib.
TurkicWorld xəbər verir ki,Türkmənistanın paytaxtı Aşqabadda Beynəlxalq Neft və Qaz Sərgisi və Konfransı keçirilir.
Tədbirə 50-dən çox ölkədən 800-ə yaxın nümayəndə heyəti qatılıb.
Türkmənistan təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yerdədir.
Qeyd edək ki, 19 oktyabr 2024-cü il tarixində Türkmənqaz Dövlət qurumu ilə İraq Respublikasının Elektrik Sənayesi Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Memorandumuna əsasən, Türkmənistan təbii qazının İran vasitəsilə İraqa tədarük edilməsi nəzərdə tutulur.