Bakı, TurkicWorld
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ekologiya nazirlərinin ilk iclası keçiriləcək.
TurkicWorld xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında qeyd edilib.
Bildirilib ki, iclasın 20 noyabr tarixində keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.