akı, VOA
2024-cü ilin may ayında Türkiyənin Türk dövlətlərinə ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 15,3 faiz artaraq 984 milyon dollar olub.
Bu barədə VOA-ya Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən bu ilin yanvar – may ayında, Türkiyənin Türk dövlətlərinə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 9,5 faiz artaraq, 4 milyard 160 milyon dollar olub.
“Bu ilin may ayında Türkiyənin Türk dövlətlərindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz azalaraq 716 milyon dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Qeyd olunub ki, 2024-cü ilin yanvar – may aylarında Türkiyənin Türk dövlətlərindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə, 3 faiz azalaraq 3 milyard 379 milyon dollar təşkil edib.
Qeyd edək ki, bu ilin may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard 228 milyon dollara çatıb.
2024-cü ilin may ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 11,3 faiz artaraq 24 milyard 66 milyon dollar, idxalı isə 10,4 faiz azalaraq 30 milyard 568 milyon dollar olub.
Bu ilin yanvar-may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 250 milyard 599 milyon dollara çatıb.
2024-cü ilin yanvar-may ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 106 milyard 877 milyon dollara, idxalı isə 9,2 faiz azalaraq 143 milyard 682 milyon dollara çatıb.