Bakı, TurkicWorld
Azərbaycan
Müstəqil Azərbaycan dövlətinin ilk bayrağı 1918-ci ildə 21 iyun tarixində AXC hökuməti tərəfindən qəbul edilib. İlk bayrağımız qırmızı zolaq üzərinə çəkilmiş ay və səkkizguşəli ulduz formasında idi. Daha sonra 1918-ci il 9 noyabrda dövlət bayrağına göy və yaşıl rənglərdə əlavə edilərək müasir şəklini aldı.
Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə edən Azərbaycan, cümhuriyyət dövründə qəbul edilmiş bayrağı yenidən öz dövlət bayrağı kimi qəbul etdi.
Mavi, qırmızı və yaşıl zolaqlardan ibarət olan bayrağımızda qırmızı zolağın üzərində ağ rəngdə sağa baxan aypara və səkkizguşəli ulduz təsvir edilib.
Bayraqdakı göy rəngi türklüyü, yaşıl rəng İslamı, qırmızı rəng isə müasirliyi təmsil edir.
Noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Türkiyə
Türkiyə Cümhuriyyətinin bayrağı ay-ulduzlu al bayraq kimi ifadə edilir. Bütövlükdə türk millətini təmsil edən bu bayraq 29 may 1936-cı ildə Türkiyə Bayrağı Qanunu ilə Türkiyə Cümhuriyyətinin dövlət bayrağı olaraq qəbul edilib.
Bayraqdakı qırmızı rəng Qurtuluş Savaşı və milli mübarizə zamanı vətən uğrunda şəhid olan əsgərləri ay və ulduz isə azadlığı simvolizə edir.
Qazaxıstan
Əsas rəngi mavi olan bayraqda milli zinət əşyası, qoç buynuzu, günəş və uçan qartal silueti əks olunub.
Bayrağın əsas rəngi olan mavi rəng insanların mədəni-etnik birliyini və dövlətin bölünməzliyini ifadə edir. Mavi zolağın ortasındakı günəş isə hüzur və bolluğu əks etdirir.
Bayrağın ortasında yerləşən qartal dövlətin qüdrətini və genişliyini göstərir, sol tərəfdə şaquli şəkildə yerləşən qızılı sarı rəngli naxış isə qazaxların məşhur qoç buynuzlu bəzəyi "koshkar-muiz"-i simvollaşdırır.
Qırğızıstan
Qırğızıstan bayrağı, qırmızı fonda 40 qollu sarı günəş simvolu içərisində yerləşən ənənəvi Qırğızıstan Yörük çadırı simvolundan ibarətdir. Bayraqdakı günəşin 40 qolu “Manas” dastanındaki 40 türk tayfasını, qırmızı rəng igidliyi, sarı günəş isə sülh və zənginliyi simvolizə edir.
Sağdan sola və aşağıdan yuxarıya doğru uzanan üç sarı xətt qırğız keçə çadırının tavanını təmsil edir. Taxta dirəklərdən düzəldilmiş keçə çadırının tavanının ortasında qırğızlarda “tündük”, Dədə Qorqutda “tüynük” adlanan dəlik həm çadırın göyə açılan pəncərəsi, həm də çadırın bacası olaraq göstərilib.
Çadırda həyat davam etdikcə soba yanacaq, ocaqdan tüstü qalxacaq.
Qırğızıstanın Dövlət bayrağı 1992-ci il martın 3-də parlament tərəfindən qəbul edilib. Müstəqil Qırğızıstanda ilk dəfə 1992-ci il martın 5-də qaldırılan bu bayraq Edil Aydarbekov, Bekbosun Caychibekov, Sabir İptarov, Jusup Matayev və Mamatbek Sıdıkov tərəfindən hazırlanıb.
Şimali Kipr Türk Cümhuriyyəti ( KKTC )
KKTC bayrağında ortada yerləşən ay və ulduz türklüyü, yuxarıdakı qırmızı zolaq Türkiyəni, alt qırmızı zolaq isə KKTC-ni simvolizə edir.
Türkiyə və KKTC-nin zahirən fərqli, lakin mahiyyətcə eyni olduğunu göstərmək üçün türk bayrağının rənglərindən dəyişiklik edilərək istifadə edildiyi deyilir. Belə ki, Türkiyə bayrağının fon rəngi qırmızı olduğu halda KKTC bayrağının fonunda ağ rəngdən isttifadə edilib. Ay ulduzun rəngləri isə dəyişdirilərək qırmızı rəngdə verilib.
Özbəkistan
Özbəkistan bayrağının mənası ilə bağlı bəzi nəzəriyyələr irəli sürülüb. Bir nəzəriyyəyə görə 12 ulduz Özbəkistanın əyalətlərini simvolizə edir. Mavi fon türklüyü, ağ fon ədaləti, yaşıl fon isə qonaqpərvərliyi təmsil edir. İki nazik qırmızı xəttin "güclü olmağı" ifadə etdiyi deyilir. Yarım ay isə "yenilənməyə" işarədir.
Digər bir fikirə görə hilal İslamı, ağ fon və rənglər ölkənin əsas simvolu olan pambığı təmsil edir.
Türkmənistan
Türkmənistan bayrağının sol tərəfində qalın zolaq kimi uzanan “Türkmən xalçası” motivi türkmən tarixini simvollaşdırır.
Diaqonal olaraq işlənmiş yarım ay gələcəyi, beş ulduz Türkmən vilayətlərini, xalça motivləri isə türkmən tayfalarını təmsil edir.