Türk Mədəniyyəti və İrsi Fondu ilə "Türk Dünyası" media platforması arasında Anlaşma Memorandumu imzalanıb

Türk Mədəniyyəti və İrsi Fondu ilə "Türk Dünyası" media platforması arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. TurkicWorld:

Türk Mədəniyyəti və İrsi Fondu ilə "Türk Dünyası" media platforması arasında ortaq tarixi köklərə sahib Türk xalqlarının mədəni irsinin qorunması, beynəlxalq miqyasda təbliği yönündə Fondun fəaliyyətinin tanıdılması və işıqlandırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.

TurkicWorld xəbər verir ki, sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və "Türk Dünyası" media platformasının rəhbəri, Trend beynəlxalq informasiya agentliyinin direktor müavini Rufiz Hafizoğlu imzalayıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova imzalanan Memorandumun Türk Dünyasının maddi-mənəvi irsinin təbliğinə və yayılmasına, eləcə də geniş coğrafiyada yaşayan Türk xalqlarının bir-birinə daha da yaxınlaşdırılmasına töhfə verəcəyinə əminliyi ifadə edib.