Bakı,TurkicWorld:
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Türkiyəyə rəsmi səfərə gəliblər.
TurkicWorld xəbər verir ki, Mirziyoyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşılayıb.
Sabah iki ölkə liderlərinin sədrliyi ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçiriləcək.
Qeyd edək ki, görüşdə Özbəkistan-Türkiyə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, siyasi, ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya, təhsil və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə olunacaq.