Azərbaycan-Qırğızıstan Fondunun Qırğızıstan Respublikasında fəaliyyəti haqqında qanunu imzalanıb

Azərbaycan-Qırğızıstan Fondunun Qırğızıstan Respublikasında fəaliyyəti haqqında qanunu imzalanıb

Bakı,TurkicWorld

Qırğızıstan Prezidenti Sadır Japarov “Qırğızıstan Respublikasının Nazirlər Kabineti ilə Azərbaycan-Qırğızıstan İnkişaf Fondu arasında ,inkişaf Fondunun Azərbaycan Respublikasının ərazisində qalma şərtləri haqqında Sazişin təsdiq edilməsi haqqında” qanunu imzalayıb.

TurkicWorld xəbər verir ki, qanunun məqsədi Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Qırğızıstan Respublikasının ərazisində fəaliyyəti üçün əlverişli şərait yaratmaqdır.

Sazişdə qeyd olunur ki, fondun binaları toxunulmazdır, Qırğızıstan Respublikasının dövlət orqanlarının nümayəndələri onlara həvalə edilmiş funksiyaları yerinə yetirmək üçün fondun binalarına yalnız Qırğızıstandan olan idarə heyətinin həmsədrinin razılığı ilə, Azərbaycan tərəfdən isə fondun idarə heyətinin həmsədri ilə daxil ola bilərlər.