Ankarada TDT-yə üzv ölkələrin ürək-damar cərrahiyyəsi üzrə birgə təlim proqramı başlayıb

Ankarada TDT-yə üzv ölkələrin ürək-damar cərrahiyyəsi üzrə birgə təlim proqramı başlayıb

Bakı. TurkicWorld:

Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ürək-damar cərrahiyyəsi üzrə birgə təlim proqramı başlayıb.

TurkicWorld xəbər verir ki, proqramın Bilkənt şəhər xəstəxanasında baş tutan açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərək, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki əməkdaşlığın güclənməsindən danışıb, bu çərçivədə ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığın genişlənməsinin əhəmiyyətini qeyd edib və birgə təlim proqamına uğurlar diləyib.

Qeyd edək ki, türk dövlətlərindən tanınmış ürək cərrahlarının qatıldığı proqramda Mərkəzi Klinik Xəstəxanın Baş həkimi professor Kamran Musayev də iştirak edir.

Proqramda ürək-damar cərrrahiyəsi ilə bağlı təcrübə mübadiləsi və bu sahədə əməkdaşlığın artırılması imkanlarının müzakirəsi nəzərdə tutulur.