Özbəkistan və Qırğızıstan arasında ticarətin həcmi dinamik templə artır – Şavkat Mirziyoyev

Özbəkistan və Qırğızıstan arasında ticarətin həcmi dinamik templə artır – Şavkat Mirziyoyev

Bakı. TurkicWorld:

Özbəkistan və Qırğızıstan arasında ticarətin həcmi dinamik templə artır.

TurkicWorld-un məlumatına görə, Özbəkistan prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitində iştirak etmək üçün Özbəkistanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb.

Görüş zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

“İki ölkə arasında ticarətin həcmi dinamik templə artır, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və digər prioritet sahələrdə əməkdaşlıq layihələri ilə yanaşı, zəngin mədəni və humanitar mübadilə proqramı həyata keçirilir.” – deyə Mirziyoyev qeyd edib.

Özbəkistan və Qırğızıstan liderləri razılaşmaların ən yüksək səviyyədə praktiki şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Hafiz Rufizoğlu