Şimali Kiprdə Azərbaycanın Müstəqillik Günü münasibətilə sərgi təşkil edilib

Şimali Kiprdə Azərbaycanın Müstəqillik Günü münasibətilə sərgi təşkil edilib

Bakı, TurkicWorld:

Şimali Kipr Türk Respublikasında "Azərbaycanın Müstəqillik Günü" adlı sərgi təşkil edilib.

TurkicWorld xəbər verir ki, 54 azərbaycanlı rəssamın əsərlərindən ibarət “Azərbaycanın Müstəqillik Günü” sərgisində Şimali Kipr Türk Respublikası prezidenti Ersin Tatar, Respublika Məclisinin sədri Zorlu Töre, Əmək və Sosial Müdafiə Naziri Həsən Taçoy, Azərbaycan Kipr Dostluq Cəmiyyəti və Şimali Kiprdə Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzinin rəhbəri Orxan Həsənoğlu iştirak edib.

Məlumata əsasən, sərginin açılışında çıxış edən Ersin Tatar Azərbaycan və Şimali Kipr Türk Respublikası arasındakı əlaqələrin inkişafından məmnun olduğunu bildirib.

Ləman Əsədli
Lamanasadli01