Türkmənistanda anomal istilərlə əlaqədar günorta uçuşları ləğv olunub

Türkmənistanda anomal istilərlə əlaqədar günorta uçuşları ləğv olunub

Türkmənistanda anomal istilərlə əlaqədar ölkədaxili günorta reysləri ləğv olunub.

Turkic.World-un məlumatına görə, uçuşlar yalnız günorta saat 12-dək və axşam 19:00-dan sonra həyata keçirilə bilər.
Qeyd olunur ki, ötən gün Türkmənistan ərazisində temperatur 45 dərəcəyədək yüksəlib. İyulun 5-6-da bu göstəricinin xüsusilə paytaxt Aşqabadda 48 dərəcəyə çatması proqnozlaşdırılır.
Təyyarələrlə yanaşı Aşqaba-Amudərya marşrutu ilə hərəkət edən qatarların günorta reysləri təxirə salınıb.