Bişkekdə aviasiya təhlükəsizliyi üzrə təlim təşkil olunub

Bişkekdə aviasiya təhlükəsizliyi üzrə təlim təşkil olunub

Bakı. TurkicWorld:

Avropa Mülki Aviasiya Konfransı (ECAC) “Case 2” layihəsi çərçivəsində Bişkekdə Qırğızıstan, Qazaxıstan və Türkmənistandan olan mütəxəssislər üçün aviasiya təhlükəsizliyi üzrə təlim təşkil olunub.

TurkicWorld xəbər verir ki, tədbir Qırğızıstan Respublikasının Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təşkil edilib və aviasiya sənayesi mütəxəssislərinə aviasiya təhlükəsizliyi sahəsində audit yoxlamalarının aparılması üçün bilik və bacarıqların verilməsinə yönəlib.

Qeyd edək ki, Avropa Mülki Aviasiya Konfransı (ECAC) 1955-ci ildə yaradılmış hökumətlərarası strukturdur. Buraya 44 üzv dövlət, o cümlədən Aİ-nin bütün 28 ölkəsi (Böyük Britaniya, Hollandiya, Almaniya, Fransa və s.), həmçinin MDB ölkələri arasında Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.

X: Lamanasadli01