Yanvar-fevral aylarında Türkiyənin Türkmənistana polad məhsulları ixracı 10 milyon dolları ötüb (ÖZƏL)

Yanvar-fevral aylarında Türkiyənin Türkmənistana polad məhsulları ixracı 10 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin Türkmənistana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalaraq, 10,2 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə Türkmənistana 5 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 37,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq, 2,5 milyon dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 1,4 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 31,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023-fevral 2024) Türkiyə 15,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

X: Lamanasadli0