Antalya ilə Bişkek arasında müntəzəm reys açılacaq

Antalya ilə Bişkek arasında müntəzəm reys açılacaq

Bakı. TurkicWorld:

Aprelin 15-dən etibarən Türkiyənin Antalya şəhəri ilə Qırğızıstanın Bişkek şəhəri arasında müntəzəm reys açılacaq.

TurkicWorldbu barədə Qırğız Respublikasının Dövlət Mülki Aviasiya Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, uçuşlar Türkiyənin SouthWind Airlines şirkəti tərəfindən həftədə iki dəfə, cümə və bazar günləri həyata keçiriləcək.