Ötən ay Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb

Ötən ay Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb

Bakı. TurkicWorld:

2023-сü ilin yanvar ayında Azərbaycanda 195 ədəd və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 93 ədəd çox minik avtomobili istehsal olunub.

Bu barədə TurkicWorld-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ümumilikdə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ilin yanvar ayında 61,4 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı 80,3 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,9 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 23,5 faiz azalıb.

Ay ərzində əvvəlki ilin müvafiq ayı ilə müqayisədə traktorların istehsalı 3,4 dəfə artıb.