Azərbaycanda Orta Dəhliz üzrə tranzit prosedurlarının sadələşdirilməsi üzrə müzakirələr aparılacaq

Azərbaycanda Orta Dəhliz üzrə tranzit prosedurlarının sadələşdirilməsi üzrə müzakirələr aparılacaq

Bakı. TurkicWorld:

Gələn ay Azərbaycanda Orta Dəhlizin keçdiyi ölkələrin gömrük xidmətlərinin rəhbərlərinin iştirakı ilə Orta Dəhliz vasitəsilə tranzit prosedurlarının sadələşdirilməsi və unifikasiyası üzrə böyük konfransın keçirilməsi planlaşdırılır.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynov "Rəqəmsal idarəetmə platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, Orta Dəhliz vasitəsilə tranzit axınları üzrə gömrük prosedurlarının sadələşdirilməsi DGK üçün mühüm məsələdir.

"Konfransda bu ölkələrin gömrük xidmətləri ilə birgə atılmalı addımlar müzakirə olunacaq. Məqsədimiz vahid konsepsiya və vahid sənəd vasitəsilə gömrük xidmətlərinin interaktiv portalı üzərindən dəhlizlə fasiləsiz tranzit axınını təmin etməkdən ibarətdir", - o deyib.