Türkiyədə İstanbul hava limanına qədər sürətli metro xətti açılacaq

Türkiyədə İstanbul hava limanına qədər sürətli metro xətti açılacaq

Bakı. TurkicWorld:

Bazar günü açılışı olacaq Kağıthane stansiyasından İstanbul Hava Limanına qədər olan metro xətti Türkiyənin ən sürətli metro xətti olacaq. Bu xətt üzrə qatarların sürəti saatda 120 kilometr olacaq.

TurkicWorld-in məlumatına görə, bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu deyib.

"Bu, Türkiyənin ən sürətli metrosu olacaq. Kağıthanedən İstanbul Hava Limanına qədər gediş müddəti 24 dəqiqə təşkil edəcək", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, xəttin ümumi uzunluğu 69 kilometrə çatacaq.