Türkiyə Dəmir İpək Yolu Layihəsində daha bir mərhələni keçib

Türkiyə Dəmir İpək Yolu Layihəsində daha bir mərhələni keçib

Bakı. TurkicWorld:

Çindən İngiltərəyə qədər uzanacaq Dəmir İpək Yolu Layihəsinin kəsişmə nöqtəsində yerləşən Türkiyə daha bir mühüm mərhələni keçib, TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu deyib.

Onun sözlərinə görə, logistika və nəqliyyatda istifadə ediləcək Halkalı-Kapıkule Dəmiryolu Layihəsinin Çerkezköy-Kapıkule xəttində işlərə başlanılıb.

“Layihəmiz tamamlandığında, Halkalı-Kapıkule arasında 229 kilometrlik, qoşa xətlərlə 200 km/saat sürətlə sərnişin və yük daşımaq mümkün olacaq.” -deyə Karaismailoğlu bildirib.

O qeyd edib ki, bu layihə üçün Avropa İttifaqından 275 milyon avro vəsait ayrılıb ki, bu da bu zamana qədər ayrılan ən böyük məbləğdir.

Daha sonra isə nazir İstanbulda iki beynəlxalq hava limanını birləşdirəcək yeni layihə haqqında məlumatda verib.

“Gebze - Sabiha Gökçən Hava Limanı-Yavuz Sultan Səlim Körpüsü-İstanbul Hava Limanı - Halkalı Çatalca Sürətli Qatar xətti layihəmiz üçün hazırlıqlarımızda davam edir” - deyə Karaismailoğlu bildirib.