Son dəqiqə

Türkiyə Rize-Artvin Hava Limanı

Rizə-Artvin hava limanında səfər sayıları artırılıb

Bakı. TurkicWorld:

Rizə-Artvin Hava Limanında səfər sayıları artırılıb. TurkicWorld-un məlumatına görə, İstanbul Sabiha Gökçen Hava Limanından Rize-Artvin Hava Limanına uşuçların sayı həftənin yeddi günü bir dəfədən iki dəfəyə artırılıb.

Qeyd edək ki, mayın 14-ü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə Rize-Artvin hava limanının açılışını ediblər.

Xatırladaq ki, Rize-Artvin hava limanı Türkiyənin Ordu-Giresun hava limanından sonra dəniz doldurma ilə inşa edilən ikinci hava limanıdır.

Mövzuya görə xəbərlər