Türk Hava Yolları bəzi beynəlxalq uçuşlara olan qadağa müddətini uzadıb

Türk Hava Yolları bəzi beynəlxalq uçuşlara olan qadağa müddətini uzadıb

Bakı. TurkicWorld:

Türk Hava Yolları (THY) bəzi beynəlxalq uçuşlara olan qadağa müddətini uzatma qərarı alıb, TurkicWorld-un məlumatına görə bu barədə THY-nin sosial media hesablarından məlumat verilib.

Hava yolu şirkəti Rusiyanın hücumları səbəbindən Ukraynanın hava limanını mülki uçuşlar üçün bağlanmasından sonra bəzi şəhərlərə uçuşları dayandırma qərarını uzadıb.

“Ukrayna, Yekaterinburq, Minsk, Rostov və Sozidən 30 iyun 2022-ci il tarixinədək (daxil olmaqla) uçuşlarımız ləğv edilib” - deyə məlumatda bildirilib.

Dəyişiklik və geri qaytarmaların agentliklər, THY-nin internet saytı və ya 0 850 333 0 849 telefon nömrəsi vasitəsilə həyata keçirilə biləcəyi də xəbərdə qeyd edilib.