Bakı. TurkicWorld:
Türkiyənin bir çox universiteti ABŞ-da universitet tələbələrinin Qəzza zolağında baş verənlərə etirazlarına dəstək nümayiş etdirib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, universitetlərin korporativ sosial media hesablarında türk və ingilis dillərində bununla bağlı paylaşım edilib.
"Altı aydan artıqdır ki, Qəzzada yaşayan günahsız insanları məhv etmək məqsədi daşıyan vəhşiliyə dinc şəkildə etiraz edən universitet tələbələrinə qarşı zorakılıq həyata keçirilir. Kolumbiya Universitetindən Yale, Nyu York Universitetindən Harvarda qədər bir çox universitetdə etirazçılar universitetlərindən Qəzzada atəşkəs çağırışlarını dəstəkləməyi və İsraillə əlaqəsi olan şirkətlərlə əlaqələri kəsməyi tələb edirlər. Etirazlar zamanı tələbələr saxlanılır, universitetlər etirazları dayandırmaq üçün distant təhsilə keçir. Universitet tələbələrinin dinc reaksiyasına qarşı qeyri-mütənasib reaksiyanı fundamental insan hüquqlarına və akademik azadlıqlara zərbə kimi qəbul edir və qətiyyətlə pisləyirik”, - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.