Türkiyə dəmir yolu nəqliyyatı ilə yük daşınmalarını artırmağı planlaşdırır – Nazir

Türkiyə dəmir yolu nəqliyyatı ilə yük daşınmalarını artırmağı planlaşdırır – Nazir

Bakı. TurkicWorld:

Türkiyə dəmir yolu nəqliyyatı ilə yük daşınmalarını yeddi dəfə artırmağı planlaşdırır, TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu deyib.

O bildirib ki , ölkədə 2019-cu ildən 2053-cü ilə qədər dəmir yolu nəqliyyatı ilə yük daşınmaların artırılacağı gözlənilirş.

Onun sözlərinə görə, avtomobil, dəniz, hava və dəmir yolları nəqliyyat sahələrinə, habelə rabitə sahəsinə 198 milyard dollar sərmayə qoyulacaq.

Nazir onu da qeyd edib ki, tikintisi başa çatan və sınaq uçuşları həyata keçirilən Rizə-Artvin hava limanın gələn ay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi açılışı gözlənilir.