"Air Astana" Bakı və Tbilisidən Nur-Sultana reyslər həyata keçirəcək

"Air Astana" Bakı və Tbilisidən Nur-Sultana reyslər həyata keçirəcək

Qazaxıstanın "Air Astana" aviaşirkəti Bakı və Tbilisidən Nur-Sultana reyslər həyata keçirməyi planlaşdırır.

TurkicWorld bu barədə şirkətin mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, Tbilisidən reyslərin yanvarın 12, 14 və 16-da, Bakıdan isə yanvarın 13-ü və 16-da həyata keçirilməsi planlaşdırılır.

Qeyd olunur ki, bu reyslərə ilk növbədə əvvəlcə təxirə salınmış reyslərin sərnişinləri qəbul olunacaq.