Air Astana Almatı-Bakı reysini bərpa edir

Air Astana Almatı-Bakı reysini bərpa edir

Qazaxıstanın “Air Astana” aviaşirkəti Hindistan və Qırğızıstanla müntəzəm uçuşları bərpa edir. Noyabrın 15-dən etibarən “Air Astana” Almatı və Dehli arasında həftədə 3 dəfə olmaqla uçuşlar həyata keçirəcək.

Qazaxıstan Sənaye və İnfrastruktur İnkişaf Nazirliyindən bildirilib ki, yerli aviaşirkət Nur-Sultan və Bişkek arasında reysləri də bərpa edəcək.
Qeyd olunub ki, aviareyslər sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla həyata keçiriləcək.
Xatırladaq ki, “Air Astana” aviaşirkəti noyabrın 7-dən Almatı-Bakı reysini bərpa edir.