Son dəqiqə

Tarixdə bu gün

1 fevral tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

1 fevral tarxində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

01/02/1720 — İsveçrə və Prussiya arasında sülh sazişi imzalanıb.

01/02/1865 — ABŞ-da quldarlıq tamamilə ləğv edilib.

01/02/1884 — Məşhur "Oksford lüğəti"nin ilk buraxılışı çapdan çıxıb..

01/02/1895 – Lümyer qardaşları kinoteatrı icad ediblər.

01/02/1929 – Qriqori Zinoviyev və Leon Kamanev Sovet İttifaqında həbs edilib və 1600 trotskiçi Sibirə sürgün edilib.

01/02/1918 — İran hökuməti ilə danışıqlar aparmaq üçün Azərbaycan hökuməti Tehrana İsmayıl xan Ziyadxanovun başçılığı ilə fövqəladə diplomatik missiya göndərmişdir.

01/02/1935 – Ayasofya muzey olaraq xalqın istifadəsinə verilib.

01/02/1949 – Macarıstan Xalq Respublikası elan edildi.

01/02/1958 – ABŞ kosmosa ilk peykini göndərib.

01/02/1958 – Misir və Suriya Birləşmiş Ərəb Respublikasını (BAC) elan etdilər.

01/02/1963 – Ankara səmasında iki təyyarənin toqquşması nəticəsində 80 nəfər həlak olub.

01.02.1979 – Türkiyənin "Olay" qəzetinin baş redaktoru Abdi İpəkçi qətlə yetirilib. 25 iyunda saxlanılan cinayətkar Mehmet Ali Ağca 1980-ci ildə edam cəzasına məhkum edilib.

01/02/1979 — İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Xomeyni Fransadan İrana qayıdaraq hakimiyyəti ələ almışdır. Xomeyni 14 il sürgündə olub.

01/02/1989 – Türkiyə Birinci Liqasında 39 qolla 1988-1989 mövsümündə Avropanın bombardiri olan Qalatasaraylı Tanju Çolak 1989-cu ildə Monte Karloda keçirilən mərasimdə "Qızıl Ayaqqabı" mükafatını alıb. Tanju qızıl ayaqqabı qazanan ilk türk futbolçu olub.

01/02/1990 – Yuqoslaviya ordusu Kosovoya daxil olub.

01/02/1992 – Təqaüddə olan general-leytenant Hulusi Sayın Ankarada evinin qarşısında silahlı basqın nəticəsində həlak olub.

01/02/2000 – ABŞ-da İllinoys ştatının qubernatoru Corc Rayan edam cəzasını ləğv edib. Buna səbəb isə qubernatorun 20 ildə 13 ölüm cəzası məhbusunun günahsız olduğunu anlaması olub.

01/02/2003 — ABŞ-ın "Kolumbiya" kosmik şattlı yerə eniş zamanı atmosferin yüksək təbəqələrində partlayıb.

01/02/2004 – Səudiyyə Ərəbistanda Həcc ziyarəti zamanı yaşanan izdiham nəticəsində 251 zəvvar ölüb, 244 nəfər isə yaralanıb.

01/02/2006 – İslam dünyasını narahat edən karikaturaların Danimarkanın Jylls-Posten qəzetində dərc olunmasından 5 ay sonra Avropanın bir çox qəzetləri eyni karikaturaları dərc edib. Bu da Danimarkaya qarşı etirazlar yayılmasına səbəb olub. Bundan sonra Fevralın 4-də Danimarka və Norveçin Dəməşqdəki səfirlikləri yandırılıb. Fevralın 7-də Əfqanıstandakı Norveç əsgərləri hücuma məruz qalıb, fevralın 10-da Danimarka bir çox müsəlman ölkələrindəki səfirliklərini bağlayıb. Ertəsi gün minlərlə müsəlman Avropa ölkələrində etiraz nümayişləri təşkil edib.

01/02/2013 – Londonda Avropa İttifaqı məkanında ən hündür göydələn (309,6 metr) olan "Şard" istifadəyə verilib. İtaliyalı memar Renzo Pianonun layihələndirdiyi 95 mərtəbəli binanın inşası 435 milyon funt sterlinqə başa gəlib.

Mövzuya görə xəbərlər