Son dəqiqə

Tarixdə bu gün

Tarixdə bu gün - 19 oktyabr

Bakı. TurkicWorld

1448 Osmanlı sultanı II. Murat Kosovo Qələbəsini qazandı.

1781 Amerika Müstəqillik Müharibəsi İngilislərin Corc Vaşinqtona təslim olması ilə başa çatdı.

1782 Amerika İnqilabı Lord Kornuolun rəhbərliyi altında Britaniya Ordusunun məğlubiyyəti və Amerika ordusunun Yorktown və Virciniyaya daxil olması ilə başa çatıdı.

1872 Dünyanın ən böyük qızıl külçəsi (215 kiloqram) Avstraliyanın Yeni Cənubi Uels şəhərində tapıldı.

1934 Mübadilə Komissiyası öz vəzifəsini tamamladı. Anadolu və Trakiya yunanları ilə Yunanıstan müsəlmanlarının mübadiləsini tənzimləməkdən məsul olan Komissiya 7 oktyabr 1923-cü ildə yaradıldı.

1934 Türkiyədə Turhal Şəkər Zavodu açıldı.

1945 Ankara Universiteti Tibb Fakültəsi açıldı.

1949 Fahrettin Kerim Gökay İstanbul valisi və bələdiyyə başqanı təyin edildi.

1951 İngilis əsgərləri Süveyş kanalını ələ keçirdi.

1962 Türkiyə Böyük Millət Məclisində Yığıncaq və Nümayişlər Qanunu qəbul edildi.

1962 İlk Ceyms Bond filmi "Dr. No" nümayiş olundu.

1982 Milli Təhlükəsizlik Şurası tərəfindən yekunlaşdırılan konstitusiya mətni açıqlandı. Müvəqqəti maddələrlə keçmiş partiya liderləri 10 il müddətinə siyasətdən uzaqlaşdırıldı. Konstitusiyanın qəbulu ilə Kənan Evren prezident elan edildi.

1987 London Fond Birjasının çökdü. Böyük çaxnaşma nəticəsində 50 milyard funt sterlinq dəyər itkisi yaşandı.

1988 Britaniya IRA üzvləri ilə müsahibələrin nəşrini qadağan etdi.

1995 Avropa Parlamenti Yaşıllar sözçüsü Claudia Roth, Türkiyənin dövlət naziri Ayvaz Gökdemirə qarşı 3 milyard lirəlik mənəvi təzminat iddiası qaldırdı.

2011 PKK terror təşkilatı Türkiyənin Çukurca ərazisinə hücumu etdi. PKK-nın 8 ayrı yerdə eyni vaxtda həyata keçirdiyi hücum nəticəsində 24 əsgər şəhid oldu.

2020 44 günlük vətən müharibəsinin 23-cü günü. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verdi. Erməni taborunun qərargah rəisi məhv edildi. Prezident İlham Əliyev Cəbrayıl rayonunun bir neçə kəndlərinin işğaldan azad edilməsi ilə bağlı "twitter"də paylaşım etdi. İran Ermənistana məxsus PUA-nı vurdu.

Mövzuya görə xəbərlər