3 Avqust tarixində dünyada nələr baş verib?

3 Avqust tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

3 Avqust tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

Xüsusi günlər:

03/08/1778 - Milanda La Scala opera binası açılıb.

03/08/1924 - Üzərində Türkiyə Cümhuriyyəti yazısı olan bürünc 10 quruş sikkələr və Türkiyənin ilk sikkəsi dövriyyəyə buraxılıb.

03/08/1948 - Türkiyə Sərbəst Güləş Milli Komandası London Olimpiadasında birinci olub.

03/08/1949 - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Çinin BMT-yə daxil olmaq tələbini rədd edib.

03/08/1996 - 1922-ci ildə Tacikistanda gedən döyüşlərdə həlak olan Ənvər Paşanın cənazəsi İstanbula gətirilib.

03/08/1999 - Azərbaycan və Myanma arasında diplomatik əlaqələr qurulub.

03/08/2002 - Avropa İttifaqına uyğunlaşma çərçivəsində qəbul edilən qanunla müharibə və qaçılmaz müharibə təhlükəsi istisna olmaqla, ölüm cəzası ləğv edilib.

03/08/2013 - Gömrük qaydalarında edilən dəyişikliklə Türkiyə limanları arasında daşımaların yalnız Türkiyə bayraqlı gəmiləri ilə həyata keçirilməsinə qərar verilib.

03/08/2020 - Tokioda keçən 2020 Yay Olimpiya Oyunlarında güləşçi Rafiq Hüseynov bürünc medal qazanıb.

03/08/2022 - Azərbaycan Silahlı Qüvvələri "Qisas" əməliyyatı keçirib. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.