
Bakı. TurkicWorld:
28 İyun tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.
Xüsusi günlər
28/06/1389 - I Kosovo döyüşü: I Muradın rəhbərlik etdiyi Osmanlı ordusu ilə Serb Komandiri Lazar Hrebelyanoviçin rəhbərlik etdiyi çoxmillətli Balkan Ordusu arasında gedən döyüş Osmanlı ordusunun qələbəsi ilə nəticələnib.
28/06/1389 - Osmanlı dövlətinin 3-cü Sultanı I Murad vəfat edib.
28/06/1837 - Azərbaycan jurnalisti və maarifçisi Həsən bəy Zərdabi anadan olub.
28/06/1894 - Əmək günü ABŞ-da dövlət bayramı kimi tanınıb.
28/06/1895 - Salvador, Honduras və Nikaraqua birləşərək “Mərkəzi Amerika İttifaqı”nı yaradıblar.
28/06/1914 - Birinci Dünya Müharibəsi Avstriyalı Franz Ferdinand və həyat yoldaşı Sofiyanın, Qavrilo Prinsip adlı serb millətçisi tərəfindən öldürüldükdən sonra başlayıb.
28/06/1919 - Birinci Dünya Müharibəsinin sonunda müttəfiqlərlə Almaniya arasında Versal müqaviləsi imzalanıb.
28/06/1933 - Türkiyədə Mədəni və Təbii İrsin Qorunması üzrə Ali Şura yaradılıb.
28/06/1945 - Türkiyə aktrisası Türkan Şoray anadan olub.
28/06/1950 - Seul Şimali Koreya əsgərləri tərəfindən tutulub.
28/06/1958 - Braziliya milli futbol komandası 1958 FİFA Dünya Kubokunu qazanıb.
28/06/1967 - İsrail Şərqi Qüdsü ələ keçirib.
28/06/1971 - SpaceX-ın yaradıcısı Elon Musk anadan olub.
28/06/1986 - Argentina milli futbol komandası 1986 FİFA Dünya Kubokunu qazanıb.
28/06/1992 - Azərbaycan və Yeni Zelandiya arasında diplomatik əlaqələr qurulub.
28/06/1995 - Azərbaycan və Makedoniya arasında diplomatik əlaqələr qurulub.
28/06/1997 - Braziliya milli futbol komandası Amerika Kubokunu qazanıb.
28/06/2004 - İstanbulda NATO-nun 17-ci Sammiti öz işinə başlayıb.
28/06/2005 - Kanada eynicinsli nikahları qanuniləşdirən üçüncü ölkə olub.
28/06/2006 - Monteneqro BMT-yə 192-ci üzv dövlət kimi qəbul edilib.
28/06/2007 - Apple şirkətin ilk mobil telefonu olan iPhone-u buraxıb.
28/06/2008 - İspaniya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb.
28/06/2009 - Braziliya 2009 FIFA Konfederasiyalar Kubokunu qazanıb.
28/06/2011 - Bakıda Dərnəgül metrostansiyasının açılışı olub.
28/06/2011 - Google yeni sosial şəbəkə layihəsi Google+ elan edib.
28/06/2013 - Trabzondakı Ayasofya məscidi 49 ildən sonra yenidən ibadət üçün açılıb.
28/06/2016 - Türkiyə ilə İsrail arasında konsensus imzalanıb.