"Euronews" "Xarıbülbül" festivalı ilə bağlı süjet nümayiş etdirib

"Euronews" "Xarıbülbül" festivalı ilə bağlı süjet nümayiş etdirib

Bakı. TurkicWorld:

"Euronews" telekanalında Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalından kadrlar nümayiş etdirib.

TurkicWorld xəbər verir ki, görüntülər məşhur "No comment" rubrikasında yerləşdirilib.

"Azərbaycanın Qarabağ bölgəsinin mədəniyyət paytaxtı Şuşada növbəti dəfə "Xarıbülbül" musiqi festivalı keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin musiqi və rəqs qrupları Cıdır düzündə keçirilən festivalda çıxış ediblər", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı Şuşada 9-11 may tarixlərində keçirilib.