Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq turnirdə əsas hədəfimiz yarışın qalibi olmaqdır - Orxan Məmmədov

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq turnirdə əsas hədəfimiz yarışın qalibi olmaqdır - Orxan Məmmədov

Bakı. TurkicWorld:

Əsas məqsədimiz ölkəmizdə minifutbol üzrə Avropa və ya dünya çempionatlarına ev sahibliyi etmək niyyətindəyik. Bu istiqamətdə danışıqlar davam edir.

TurkicWorld xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov deyib.

Bildirib ki, Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq turnirdə əsas hədəfimiz yarışın qalibi olmaqdır. Turnirdə Avropa çempionatının qalibi olmuş Azərbaycan millisi mübarizə aparacaq. Ümid edirəm ki, komandamız həmin uğuru təkrarlayaraq doğma meydanda baxımlı oyun nümayiş etdirəcək və qızıl medallara sahib olacaqlar.

Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcəklər.

Yarışın qalibi mayın 6-da müəyyənləşəcək. Bakı Tennis Akademiyasında keçiriləcək oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.