Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasında memorandum imzalanıb

Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasında memorandum imzalanıb

Bakı. TurkicWorld:

Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasında memorandum imzalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tvitter hesabında məlumat verib.

Xüsusi nümayəndəliyin dəvətilə Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaç, səfir Dragan Vladisavljeviç və digər rəsmilər Şuşaya səfər ediblər. İşğaldan azad edildikdən sonra tarixi Şuşada ilk dəfə Novi Pazar şəhərilə qardaşlaşma haqqında memorandum imzalanıb", - deyə A.Kərimov əlavə edib.