Son dəqiqə

Azercell

Azercell-in sponsorluğu ilə "I Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İnkişaf Konfransı" baş tutub

Bakı. TurkicWorld:

Tədbirdə şirkətin Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya “Telekom sektorunda KSM fəaliyyətləri” mövzusunda çıxış edib

Azercell-in sponsorluğu ilə baş tutan "I Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İnkişaf Konfransı" ətraf mühit, korporativ sosial məsuliyyət (KSM) sahəsində ən son tendensiyaları və imkanları müzakirə etmək üçün müxtəlif sektorlardan ekspertləri və sənaye liderlərini bir araya gətirib. Konfransın məqsədi bu sahədə ideyaların, ən yaxşı təcrübələrin mübadiləsi, multidissiplinar yanaşma əsasında KSM və biznes etika üçün geniş bir platformanın yaradılmasıdır.

Tədbirdə “Azercell Telekom”-un Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya “Telekom sektorunda KSM fəaliyyətləri” mövzusunda çıxış edərək, şirkətin rəqəmsal KSM siyasəti, həyata keçirdiyi layihələr, KSM-in Azərbaycanda və dünyada inkişafı perspektivləri və daha dayanıqlı cəmiyyətin qurulmasına verdiyi töhfə haqqında danışıb. N. Şıxlinskaya tədimatında sağlam və təhlükəsiz cəmiyyət üçün İKT əsaslı innovativ xidmət və həllərin önəmli rolunu vurğulayıb. Öz KSM strategiyasını şirkətin dəyərləri və “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədi üzərində quran Azercell bu günə qədər texnoloji mühitin inkişafına, inklüzivliyə dəstək olan çoxsaylı və genişmiqyaslı sosial layihələr həyata keçirib. Bunların sırasında günəş enerjisiylə çalışan “yaşıl” radio baza stansiyaları, “Uşaq Qaynar Xətti” və “Qadın Qaynar Xətti”, rəqəmsal kitabxana və audiokitablar toplusu, Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komandaya dəstək, qadınların İKT sahəsinə cəlb edilməsi, Tələbə Təqaüd və Təcrübə proqramları, həssas qruplara aid uşaq və yeniyetmələrin iştirakı ilə inklüziv cəmiyyətin qurulmasına yönəlik təşəbbüslər yer alır. Azercell 2022-ci ildə həyata keçirdiyi KSM layihələrə ümumilikdə 0.2 milyon ABŞ dolları sərf edib ki, bu göstərici 26 il ərzində 22.3 milyon ABŞ dolları təşkil edib.

Konfrans zamanı KSM və ESG-nin (ətraf mühit, sosial və idarəetmə məsələləri) cəmiyyətin inkişafına təsiri, dayanıqlı inkişafın və sosial məsuliyyətin təşviqində şirkətlərin rolu, kiçik və orta sahibkarlıq subyektləri və KSM, KSM və ESG sahəsində fəaliyyətin qiymətləndirilməsi, dəyişikliyə təkan vermək və müsbət nəticələrə nail olmaq üçün yeni metodlar mövzusunda müzakirələr aparılıb.

https://www.youtube.com/watch?v=WXH8njsD3fk

Mövzuya görə xəbərlər