Azərbaycanla Rusiya arasında sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi müzakirə edilib

Azərbaycanla Rusiya arasında sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi müzakirə edilib

Bakı. TurkicWorld:

Azərbaycana səfər çərçivəsində Rusiya Federasiyası Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib.

Nazirlikdən TurkicWorld-a verilən məlumata görə, görüşdə dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaların həyata keçirilməsi, nəqliyyat infrastrukturunun və sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi, hava nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub.

Bununla yanaşı, sərhəd-keçid məntəqələrində yük nəqliyyat vasitələri səbəbindən yaranan növbələrin vaxtında və operativ həll üzrə birgə addımların atılmasının vacibliyi vurğulanıb.