Bakı. Trend:
Milli Məclis Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə və pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Sazişi ratifikasiya edəcək.
Bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə olunub.
Belə ki, "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" və "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihələri komitə iclasında müzakirə edilərək plenar iclasa tövsiyə edilib.






