BAKI,TurkicWorld Orxan Qədirzadə
İctimai Televiziyada (İTV) yayımlanan "Mikrorayon" serialı iyunun 27-də nümayiş olunan final bölümü ilə başa çatıb.
TurkicWorld VOA-ya istinadən xəbər verir ki, 12 seriyadan ibarət olan ekran işinin sonuncu – 12-ci bölümü tamaşaçılara təqdim olunub. Serial "SFN Production" və İctimai Televiziyanın birgə istehsalıdır.
Layihənin ideya müəllifi və baş prodüseri Sevinc Əliyeva, ssenari müəllifi Gəray Həsən, quruluşçu rejissoru isə Qulu Əsgərovdur. Serialın vizual həlli Vasif Vəlizadə, ümumi sənət həlli isə Vüqar Qurbanov tərəfindən hazırlanıb.
Hər seriyası təxminən 50 dəqiqə davam edən "Mikrorayon" serialının çəkilişləri Sumqayıt şəhərində, Sahil qəsəbəsində və Bakının müxtəlif ərazilərində aparılıb.
Serialda Eltəkin Xan (Adil), Ülvi Həşim (Fərid), Orxan İskəndərli (Azik), Elşən Əsgərov (Kazım), Qüdrət Fətulla (Sabir), Rahib Allahquliyev (İdris), Məsmə Aslanqızı (Bahar), Rafael Şahbəyli (Rauf), Natavan Qeybani (Günay), Azər Axşam (Mehman), Aylin Nəcəfli (Leyla), Şəhriyar Aşkari (Daşqın), Zülfiyyə Qurbanova (Lütfiyyə), Fidan Bayramova (Elnarə) və Elşən Rüstəmov (Zakir) rol alıblar.
"Mikrorayon" şəhər həyatını, ailədaxili münasibətləri, dostluq, sevgi, sosial problemlər və müxtəlif insan talelərini əks etdirən süjeti ilə tamaşaçıların diqqətini cəlb edib.