Son dəqiqə

Azərbaycan Azərbaycan Dəmir Yolları QSC

ADY bayram günlərinin iş qrafikini açıqlayıb

BAKI,TurkicWorld

"Azərbaycan Dəmir Yolları" QSC bayram günlərinin iş qrafikini açıqlayıb.

Qurumdan TurkicWorld-ə verilən məlumata görə, Qurban bayramı və Müstəqillik Günü münasibətilə 27, 28 və 29 may tarixlərinin istirahət günü elan olduğunu nəzərə alaraq 27, 28, 29, 30 və 31 mayda Abşeron dairəvi dəmir yolu üzrə qatarlar şənbə-bazar günlərinin cədvəli ilə hərəkət edəcək.

"Hərəkət cədvəlləri ilə saytımızda və ya "ADY Mobile" tətbiqində tanış ola bilərsiniz",-deyə məlumatda bildirilib.

Mövzuya görə xəbərlər