BAKI,TurkicWorld, Orxan Qədirzadə
Azərbaycanda sahibkarlıq sahəsində fərqlənən şəxslərin mükafatlandırılması çərçivəsində yeni təltif həyata keçirilib.
TurkicWorld xəbər verir ki, “KARVAN L” MMC-nin Baş İcraçı direktoru, “Africa–Azerbaijan Cooperation” təşkilatının təsisçisi Rəna Qəfərova sahibkarlıq fəaliyyətində göstərdiyi uğurlara görə “Tərəqqi” medalı ilə təltif olunub.
Məlumata görə, təltif Prezident İlham Əliyev tərəfindən imzalanmış “Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin ‘Tərəqqi’ medalı ilə təltif edilməsi haqqında” Sərəncama əsasən təqdim edilib.
Qeyd edək ki, müvafiq sərəncam 28 aprel 2026-cı il tarixində imzalanıb və ölkədə sahibkarlığın inkişafına töhfə verən şəxslərin stimullaşdırılması məqsədi daşıyır.